FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
"Linlin" qasırğası 5 nəfərin canını aldı
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Millimiz yenə xal qazana bilmədi
Millimiz yenə xal qazana bilmədi
Seymur Həzi azadlıqda!
Seymur Həzi azadlıqda!
Xəbərlər>Yazarlar
17-06-2019, 21:42

Rüfət və atası

Rüfət və atası

Keçmiş müstəntiq, keçmiş vicdan məhbusu Rüfət Səfərovun atası Eldar Sabiroğlunun oğlundan imtina məktubu yayılıb. Oxudum. Sabiroğlu övladı ilə arasında ikincinin siyasi düşüncəsi ucbatından daş hasar hörüldüyünü yazır və əlavə edir, ölsəm tabutumun altına girmə.

Bu imtina söhbəti Əliyev hakimiyyətinin son vaxtlar yaratdığı əbləh bir ənənədir, amma mən işin siyasi konyuktura tərəfində durmayacam, orası aydındır.

Əvvəla ordan başlayım ki, bu məktubdan əvvəl “Azadlıq” radiosunda Eldar Sabiroğlunun müsahibəsi vardı. Dinlədim. Bir yapçının verə biləcəyi ən normal müsahibə idi. Lakin, arif adamlar Sabiroğlunun şəxsiyyətinin parçalanmasını, keçdiyi, ömrünü həsr etdiyi yola heyifsləndiyini də duymaya bilməzdi.
Sabiroğlu hələ ki Heydər Əliyev bütünü sındıra bilmir, onu aşa bilmir, bunun səbəbi sırasında mən qorxunu daha çox gördüm, nəinki Əliyevin Azərbaycan üçün əlamətdar müsbət rolunu.
Əliyev bu ölkədə hərbi qiyam yolu ilə hakimiyyətə gəlmiş, öz dövründə korrupsiya, yerlibazlıq, məddahlıq kimi neqativ bəlalaları çiçəkləndirmiş siyasətçidir. Hakimiyyətdə olduğu dövrdə vətən torpaqlarının işğaldan azad olması üçün heç nə edə bilməyib, əksinə biz Qarabağdan daha da uzaqlaşmışıq. Daha betəri, o hakimiyyətin normal dəyişikliyi üçün heç nə etməmişdir, buna maraq belə göstərməmişdir və nəticə bugünkü Azərbaycan göz önündədir: hüquqların tapdandığı, ədalətsizliyin ərşə qalxdığı, respublikanın monarxiyaya dönüşü və s. Belə bir siyasətçini tərifləmək onun təəssübkeşi olmağın ən yaxşı halda məhəbbətdən başqa bir adı yoxdur. Məhəbbət, eşq də hamımız az-çox bu bəlaya düçar olan insan kimi bilirik ki, rasional bir şey deyil. İzlədiyim bir fikir adamı var (Azərbaycanda deyil), bir dəfə müsahibəsində guşənişinliyə çəkildiyini belə danışmışdı. Deyirdi ki, gəncliyini, ömrünün böyük hissəsini Türkiyədə sıxışdırılan dindarların, hicablıların müdafiəsinə həsr edib, kitablar yazıb, zindanlar, həqrətlər görüb. Lakin, Türkiyədə idarəedicilərin çoxunun dindar olduğu dava yoldaşları olduğu günlərdə nu narahat edən problemlərdən daha çoxunun yarandığını görüb mənəvi tərəddüdə düşür. Bir gün, deyir, bir hocanı dinləyirdim, görürdüm ki danışdıqları, şərh etdikləri şeylərin çoxu səhvdir, həqiqətdən uzaqdır. Buna baxmayaraq, o adam əlavə edir, gözlərimdən yaş süzülürdü, hocanın xibabları qəlbimi riqqətə gətirmişdi. “O gün mən nəyinsə düz olmadığını, qəlbimlə ağlımın ziddiyətə düşdüyünü dərindən duydum. Bir dostuma bu böhranı danışdım. Mənə dedi ki, “dərki-dava et”-deyir o adam.

“Tərki-dava” nədir? Sadə desək, bu tutduğun, çıxdığın yoldan çəkilmədir, amma inkar kimi, o inandığın şeyləri baltalamaq mənasında yox. Sadəcə, girdiyin davanın həqiqətlərinin ifası, müdafiəsi üçün daha qol çırmamırsan. Buraxırsan işi və bir müddət özünlə, ağlınla baş-başa qalıb, sahmana düşürsən. Düzü, o qədər ürəyimi açan metod deyil, amma qəlbi və ağlı ziddiyətə düşən Sabiroğlu kimilər inadla bir zaman doğru bilib tutduqları şeyin bir gün səhv olduğunu dərk edəndə, onu inkar etməyə hünər göstərə bilmirsə, məncə, “tərki-dava” ən məqbuludur.

Qaldı onun oğlundan imtina etməsinə. Əslində, həqiqət budur ki, əsl mübarək inkar və imtinanı Rüfət edib, atasından da, atasının qurduğu sistemdən də. İndi Sabiroğlunun yazdıqları Rüfətinkinin yanında heç nədir, daha dəqiq desək. ictimai məzmunu az məişət hadisəsidir. Azərbaycanın, istənilən cəmiyyətlərinin tərəqqisi məhz belə inkarlarda, imtinalardadır. Bizi zəlil edən korkoranə mühafizəkarlıq, “dədə-babadan görmüşük, belə olub, belə də gedəcək” doqmalarına boyun əyməmizdir. Eldar Sabiroğlu ata, valideyn kimi öz işini başa vurub, özü də çoxdan. Mənə görə bir valdeynin övladına verə biləcəyi ən böyük sərvət düşünə bilmək, tənqidi təfəkkürdür, qalanları boş şeydir. Rüfətin timsalında görürük ki, yoldaş Sabiroğlu bunu bacarıb və bu onun əvəzolunmaz xoşbəxtliyidir, fərqində olsa da, olmasa da. Aha, burda bir yerdə ilişmiş kimiyik:bəs övladlıq borcu, bəs o atanın borcunu bu inkarla Rüfət (potensial Rüfətlər) necə verəcək?
Rüfət seçdiyi yeni yolunda indiki kimi sabitqədəm, prinsipal qalacaqsa, bunun faydasını bir tək pensioner Sabiroğlu yox, 7-dən 77-yə bütün azərbaycanlılar hiss edəcək. Bundan böyük borc qaytarma nə ola bilər ki?
Bütün bunlardan sonra mən Sabiroğlunun yazdığı məktubu, nə rüfətin o məktuba perişan cavabını faciə hesab etmirəm, bu məst olmuş cəmiyyətimizin silkənməsi, düşünməsi üçün gözəl və faydalı materialdır.
Sonra Mövlanənin sözlərinə yazılmış bu gözəl mahnını yeni rüfətlərə pay yollayıram.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR