FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
"Linlin" qasırğası 5 nəfərin canını aldı
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Millimiz yenə xal qazana bilmədi
Millimiz yenə xal qazana bilmədi
Seymur Həzi azadlıqda!
Seymur Həzi azadlıqda!
Xəbərlər>Yazarlar
2-05-2019, 19:15

Xalqa düşmən kəsilən hakimiyyət

Xalqa düşmən kəsilən hakimiyyət

Rafiq Manaflı

“Parçala hökm et” siyasəti bir xalqı istismar etmək strategiyasıdır. İşğal edilmiş xalqlara qarşı tətbiq edilir. Və əgər bu parçalama özündə xalqı içindən siniflərə, zümrələrə, klanlara parçalamağı ehtiva edirsə, o xalqın beli sındı. Məsələn, 100 il bundan qabaq Leninin rus xalqını içindən parçalaması on milyonlarla insanın həyatını apardı və hələ də Rusiya dünyanın izqoy ölkələri sırasındadır.
Bu gün Türkiyədə Ərdoğan, Azərbaycanda İlham Əliyev Leninin yoluna çıxıblar, öz hakimiyyətlərini qorumaq naminə bir diktatorun öz xalqına edə biləcəyi ən böyük düşmənçiliyi edirlər – onu içindən parçalayırlar.
Türkiyədə Ərdoğanın Ak Partiçiləri Qılıcdaroğlunun üzünə zərbə endirən bir başıpozuğun əllərini öpmək üçün növbəyə dayanırlar. Mən kişi əlini öpməyi mənliyinə sığışdıran kişilərin kişiliyini müzakirə etməyəcəyəm. Qəzəbim belə avara-uvaranı təqdir və təbliğ edən Ərdoğanadır.
Azərbaycanda Mirşahin ağzından murdarlıqlar tökə-tökə gəlib çıxdı “müxalifətçilərə çörək satmayın, avtobusa mindirməyin, toya-yasa buraxmayın, üstlərinə təcili yardım gəlməsin” tipli nifrinlə dolu çağırışlara. Təbii ki, Mirşahin baş qoşulası nəcis deyil. Bəyəm pəncərədə oturub gəlib-keçəni söyən tutuquşunu tutub boynunu bururuq? Onu öyrədən var. Mirşahinin bu çağırışından bir neçə gün sonra ona televiziya lisenziyası verilməsi belə çağırışların ən yüksək səviyyədə təqdir edilməsidir. Mənim qəzəbimin ünvanı Mirşahinin qulağına şəxsən pıçıldayan İlham Əliyevdir.
Bütün xristian dünyasının islam təhlükəsi haqda bar-bar bağırdığı bir vaxtda qərbin təkidlə Türkiyədə molla Ərdoğanı zamanında dəstəkləməsini, 2003-cü ildə yenə qərbin ciddi-cəhdləri ilə Azərbaycanda İlham Əliyevin hakimiyyətə gətirilməsini bizim cameyədə geniş yayılmış “sui-qəsd” nəzəriyyəçilərinin türk millətinə qarşı təxribat cəhdləri kimi qiymətləndirməsini nə təsdiq, nə də inkar etmirəm. Hər bir millətin, dövlətin və daha geniş anlamda mədəniyyətin özünün maraqları var və öz maraqlarını yeritmək onların təbii vəzifələridir. Və əgər hətta türkə qarşı hansısa plan mövcuddursa, Ərdoğan, İlham Əliyev kimi öz millətlərinə düşmən olub qənim kəsilənlər olmasa onlar bu planları necə həyata keçirə bilərlər?
Əlbəttə, İlham Əliyev də, onun rejimi də rədd olub gedəcək. Amma onun öz taxtını qorumaq üçün xalqımızı içəridən parçalama çabaları ölkəmizi vətəndaş müharibəsinə, millətimizi 100 illik ağır iztirablara, böhranlara sürükləyir.
Bunun qarşısını isə yalnız bir nüvənin ətrafında yumruq kimi birləşmiş XALQ ala bilər. Sizi Milli Şuranın təşkilatçılığı keçiriləcək mitinqlərə dəvət edirəm.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR