Skype sosial şəbəkəsinin fəaliyyətində problem yaşanıb. Belə ki, Skype-nin ABŞ, Avropa və digər ölkələrdəki istifadəçiləri bir müddət şəbəkədən istifadə edə bilməyiblər.
Hazırda sosial şəbəkədən ABŞ-ın bəzi ştatlarında, Avropa bir neçə ölkəsində, o cümlədən Ukrayna və Belarusda fasilələrlə istifadə etmək mümkündür.
Skype rəhbərliyi açıqlayıb ki, problem haqqında məlumatlıdırlar və bunun aradan qaldırılması üçün bütün mümkün tədbirləri görürlər. Şəbəkədə yaranan probolemin səbəbi isə açıqlanmayıb.
dle