Rusiya informasiya daşınması üçün istifadə olunan və kvars şüşədən hazırlanmış diskin istifadəsinə 2021-ci ildə başlanacaq. Bundan əvvəl disk kitabxana və arxivlərdə testdən keçiriləcək.
Bu barədə müsahibəsində laboratoriyanın rəhbəri İvan Qlebov danışıb.
Onun sözlərinə görə, bu disk informasiyanı 100 min il ərzində saxlaya biləcək, həmçinin od, su və kosmik radiasiyaya dözümlü olacaq: "2019-ci ildə Rusiya Kitab Palatası və bəzi dövlət arxivləri ilə birgə diskin pilot istifadəsinə başlayacağıq. "Əbədi disk"in satışına isə 2021-ci ildən başlayacağıq."
Tədqiqat qrupunun rəhbəri İvan Qlebovun sözlərinə görə, informasiyanın yazılması və oxunması prinsipinin hazırlanmasına, həmçinin yazılan materialın seçilməsinə 2015-ci ildə Perspektiv Tədqiqatlar Fondunun layihələrindən biri kimi başlanılıb.
Yeni disklərin əsas istifadəçiləri informasiyanın saxlanılmasının xüsusi əhəmiyyət kəsb etdiyi qurumlar (arxivlər, muzeylər, kitabxanalar, dövlət strukturları, ordu, banklar) olacaq. İ.Qlebovun fikrincə, “əbədi” disklərə informasiya texnologiyaları şirkətləri tərəfindən də böyük tələbat olacaq.
"Əbədi" şüşə disklər məlumatların "soyuq saxlanılması" üçün əla üsul ola bilər - "tonlarla" şəkil "əbədi informasiya soyuqluğunda" saxlanıla bilər, - deyə Qlebov açıqlama verib. Onun sözlərinə görə, kütləvi istehsal zamanı "əbədi diskin" qiyməti müasir sərt disklərin qiymətilə ölçüləcək.
dle