Facebook Live kompyuter və notbuk istifadəçiləri üçün də canlı yayım funksiyasını işə salınıb. Bu barədə Facebook sosial şəbəkəsinin yaradıcıları xəbər verib.
Əvvəllə canlı yayım ancaq Facebook-un mobil tətbiqləri vasitəsilə mümkün idi.
Kompyuterdən yayıma başlamaq üçün, xəbər lentindən, yaxud tarixçənin yuxarısında «Live Video» məntəqəsini vurmaq, sonra isə instruksiyaları yerinə yetirmək lazımdır.
Başqa istifadəçilər ekrandakı fotoları paylaşa, qrafika qoya, kameraları dəyişə, həmçinin Facebook Live üçün peşəkar təchizatlar istifadə edə biləcəklər.
Yeri gəlmişkən onu da bildirək ki, “Facebook” şərhlərə GIF animasiyalarının əlavə olunması funksiyasını test edir. Beləliklə, istifadəçilər şərhlərdə təqdim olunacaq GIF animasiyaları yerləşdirə və ya istədikləri digər GIF animasiyaları axtara biləcəklər.
dle