Apple şirkətinin məhsulu olan "iPhone 6S" model mobil telefonlarda yeni problem üzə çıxıb. Bu barədə "TASS" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, "iPhone 6S"in batareyasında yaranan problem 88,7 min mobil telefonun geri çağrılmasına səbəb olub.
Qeyd edək ki, Apple şirkətinin geri çağırdığı "iPhone 6S" modelləri Birləşmiş Ərəb Əmirliyindəndir. Smartfonlarda qəfil sönmələrin baş verməsi xeyli sayda istifadəçinin narazılığı ilə qarşılanıb. Apple şirkəti də 2015-ci ilin modeli sayılan "iPhone 6S"ləri geri çağırıb.
Rəsmi olmayan məlumata görə, batareyasında problem yaranan "iPhone 6S"lər Hindistanda istehsal olunbmuş.
dle