"CNN" telekanalının Facebook profilləri məktəbli hakerlərin hücumuna məruz qalıb. Belə ki, "CNN International" və "CNN Politics" profilləri "OurMine" məktəbli hakerlər tərəfindən ələ keçirilib.
Facebook profilləri ələ keçdikdən sonra oraya, "Salam, bu, "Ourmine"dir. Biz müdafiənizi yoxlayırıq. Məlumat almaq üçün bizimlə əlaqə saxlayın",- deyə cümlələri qeyd olunub.
Hadisədən dərhal sonra Facebook rəhbərliyi profildəki yazıları silərək, akkauntu "CNN"nin ixtiyarına verib. Buna qədər Səudiyyə Ərəbistanından olan məktəbli hakerlər "The New York Times" qəzetinin rəsmi Twitter səhifəsini də ələ keçirərək oraya, "Təcili xəbər! Bizə gəlib çatan Vladimir Putinin bəyanatlarının birində deyilir ki, Rusiya ABŞ-a nüvə zərbəsi endirəcək",-deyə başlıqlı yazı qoymuşdular.
dle