FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Texnologiya
17-01-2017, 15:43

Yeni üsul eyni kompüterdə bir neçə brauzeri izləyəcək

Yeni üsul eyni kompüterdə bir neçə brauzeri izləyəcək
ABŞ-ın Lihay və Vaşinqton universitetlərinin tədqiqatçılar qrupu bir kompüterdə quraşdırılan müxtəlif brauzerlərdən istifadə edilən zaman istifadəçiləri izləməyə imkan verən texniki üsul nümayiş etdirib.
 
"Cross-browser fingerprinting" (CBF) adlanan yeni praktika son bir neçə ildə internet brauzerlərində quraşdırılan texnologiya və funksiyalara əsaslanır. Yeni metod kompüterin əməliyyat sistemi və proqram təminatı komponentlərinin (videokart, mərkəzi prosessor, AudioContext və s.) istifadə olunduğu brauzerdə yerinə yetirilən əməliyyatlar üçün verilən cavabları təhlil edir. Əldə edilən məlumatlar əsasında tədqiqatçılar ayrı-ayrı istifadəçilər üçün istifadə edilən brauzerdən asılı olmayaraq spesifik müxtəlif aparat vasitələrini müəyyənləşdirməyə nail olublar. Məsələn, "WebGL" proqramında "3D" kubun tərəflərindən birinə şəkilin çəkilməsi bütün brauzerlər üçün aparat təminatının parametrlərində oxşar cavaba səbəb olur. Ekspertlərin sözlərinə görə, bu, əməliyyatın brauzerin proqram təminatı ilə deyil, videokartla edilməsi ilə əlaqədardır.
 
"CBF" praktikası vasitəsilə tədqiqatçılar istifadəçi brauzerlərinin 99,24 faizini düzgün müəyyənləşdirə biliblər, halbuki əvvəlki üsullar 90,84 faizlik nəticəyə nail olmağa imkan verib.
 
Tədqiqatçılar yeni metod barədə daha ətraflı məlumatı fevralda keçiriləcək şəbəkə və paylayıcı sistemlərin təhlükəsizliyinə həsr edilən simpozium (Network and Distributed System Security Symposium) çərçivəsində təqdim etməyi planlaşdırırlar.
dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR