Avropa Birliyi IT kompaniyalar üçün qanun layihəsi hazırlayıb. Bunun sayəsində istifadəçilər sosial şəbəkədə güncəllədikləri informasiyaların məxfiliyinə nəzarəti gücləndirə biləcəklər. FaktXeber.com-un məlumatına görə, bu barədə RuNews24 xəbər yayıb.
Ehtimal olunur ki, beləliklə Google, Facebook, həmçinin Skype, Viber və Whatsapp mesencerlərinin istifadəçilərin şəxsi məlumatlarına girişi məhdudlaşacaq.
«Mən elektron kommunikasiyaların və şəxsi həyatların məxfiliyini təmin etmək istəyirəm», - deyə deyə Aİ Vahid Rəqəmsal Bazarlar məsələləri üzrə sədr müavini Andrus Ansoip bildirib.
Bundan sonra hədəflənən reklamın nümayişi üçün istifadəçilər barədə şəxsi məlumatları əldə etmək məqsədilə IT şirkətləri müvafiq sorğu göndərməli olacaqlar. Həmçinin istifadəçinin yeri və onun danışığının müddəti ilə bağlı məlumatların alınması qaydaları da sərtləşdiriləcək.
dle