FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Xəbərlər>Texnologiya
20-10-2016, 18:09

Instagram-da YENİ funksiya istifadəyə verilir - FOTO

Instagram-da YENİ funksiya istifadəyə verilir - FOTO

Instagram özünü xoşbəxt hiss etməyənlərə dəstək verəcək

Instagram yeni təklif etdiyi xidmətlə özünə zərər vermək istəyənlərə və ya müəyyən bir hadisədən təsirlənənlərə dəstək verəcək.
 
Bir çoxları üçün Instagram yediyi yeməkləri, getdiyi yerləri, xoşbəxt xatirələrini və ya sadəcə biznesini inkişaf etdirmək üçün mövcud olan sosial şəbəkədir. Amma yeqin ki, hər kəs həyatının müəyyən anında ruhdan düşür, sevdiklərindən uzaqlaşır və ya ciddi problemlərlə üzləşir. Bunu nəzərə alan şirkət yeni xidmətini təklif edir. Belə ki, bundan sonra Instagramda özünü heç də xoşbəxt hiss etməyən, həyatından narazı olan insanlar haqda bildirişlər əks olunacaq.
 
 
Burda maraqlı məqam ondan ibarətdir ki, sizin bildiriş etdiyiniz bilinmədən köməklik etmək istədiyiniz şəxsə "Biri sizin görüntünüzü gördü və sizin özünüzü yaxşı hiss etmədiyinizi düşünür. Əgər dəstəyə ehtiyacınız varsa, bizə bildirin.” şəklində mesaj göndəriləcək.
 
İstifadəçi dəstək səhifəsinə yönləndiriləcək. Burada ən yaxın dəstək nöqtəsi, yaxınlıqda olan dostlar, vəziyyətə bağlı olaraq xidmət göstərəcək yardım təşkilatları işə cəlb olunacaq. 
dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR