FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Texnologiya
27-08-2016, 11:02

İlk dizüstü kompyuterin yaradıcılarından Con Allenbi vəfat edib-FOTO

İlk dizüstü kompyuterin yaradıcılarından Con Allenbi vəfat edib-FOTO
Kompyuter texnikaları üzrə mütəxəssis Con Allenbi 75 yaşında San Fransiskodakı evindən vəfat edib.  Bu barədə  The New York Times mərhumun oğluna istinadən xəbər yayıb. Onun ölüm səbəbi hələ ki, bəlli deyil.
 
Böyük Britaniyada dünyaya gələn  Con Allenbi 1980-ci illərin əvvəllərində Kaliforniya ştatının Mauntin Vyu şəhərində Grid Systemı kompaniyasını yaradır. Konstruktor  Uilyam Moqriclə birlikdə  o ixtiraçılar qruppu formalaşdırır. Onlar 1982-ci ildə bazara ilk portativ kompyuter olan Compass-ı çıxarır. 
 
 
Notbukların sələfi olan Compass ilk rentabelli ləptop idi. O, silindrli maqnit domenə təchiz olunmuşdu və həmin dövrlər üçün çox bahalı idi: 8,15 min dollar. Compass-ın ilk alıcısı ABŞ xüsusi təyinatlıları və xüsusi xidmət orqanları olub.
 
 
 
Belə portativ kompyuterlərdən biri də 1986-cı ilin yanvarın 28-də uçuşunun 73-cü saniyəsində partlayan Challenger-in göyərtəsində olub. Qəza 7 heyt üzvünün ömrünü yarımçıq qoysa da, Compass-ın hansısa möcüzə ilə zərər görmədiyi bildirilir.
 
dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR