FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Texnologiya
24-08-2016, 11:39

Wi-Fi sürətini 10 dəfə artıracaq həll üsulu

Wi-Fi sürətini 10 dəfə artıracaq həll üsulu

Massaçusest Texnologiya Universitetinin(MIT) tədqiqatçıları hazırladıqları həll üsulu ilə Wi-Fi sürətlərini 10 dəfə artıra biləcəklərini bildirirlər. Daha sürətli Wi-Fi üçün nə etməliyik?

İstifadəçilərin mobil telefonlardan internet təcrübələrini reallaşdırmaq üçün ən çox istifadə etdikləri yollardan biri olan Wi-Fi qoşulmaları, insanların çox olduqları yerlərdə bəzi problemləri bərabərində gətirə bilir.

Konsert, stadion, restoran kimi sahələrdə bir çox istifadəçinin eyni Wi-Fi şəbəkəsinə qoşulmasına görə yaranan problemlər, kifayət qədər zəif bir Wi-Fi sürəti və keyfiyyətinin ortaya çıxmasına şərait yaradır.

MIT tədqiqatçıları isə istifadəçilərin internetdən istifadələrini artırmaq üçün alternativ bir yol yapıblar. İstifadəçilər MIT-in yeni üsulu ilə Wi-Fi sürətlərini 10 dəfə daha sürətli edə biləcəklər.

 

Wi-Fi sürətiniz necə artacaq?

 

MIT Kompüter Elmləri və Süni Zəka Laborotoriyası tədqiqatçıları, bu həftə təqdim etdikləri araşdırmada istifadəçilərin mobil cihazları üzərindən internet qoşulamalarını sürətləndirəcək bir həll tapdıqlarını elan etdilər. MIT-in simsiz internet ötürücülərinin daha problemsiz bir halda işləməsinə fokuslanan sistemi, internetə girmə sıxlığı ilə tənzimlənə bilən bir sürət performansına əsaslanır.

MegaMIMO adındakı sistem, Wi-Fi siqnallarının eyni anda eyni yayım tezliyi vasitəsi ilə göndərilməməsini reallaşdırır. Qoşulma nöqtələrindəki aktivlikləri idarə edən ötürücülər, eyni yayım tezliyi üzərindən ötürmə etməyəcəklər. Eyni ötürücü üzərindən yayım tezliyinin girişinin ortadan qaldırılması daha yaxşı bir internet sahəsi xidməti meydana gətirəcək.

Tədqiqatçılar sistemin 10 dəfə daha sürətli Wi-Fi əldə etmək barədə uğur qazandığını qeyd etdilər:

"MegaMIMO 2.0, eyni məkan içərisində yer alan 4 bir-biri ilə əlaqəli ötürücüdə sınaqdan keçirildi. 4 ötürücünün bir-biri ilə olan uyğunuzluqları isə mövcud performansın sadəcə 4-də 1-ni əldə etməyə imkan verirdi. Dörd ötürücü arasında koordinasıyanı təmin edən MegaMIMO 2.0, hər bir ötürücüdən 3.6 dəfə daha yaxşı məlumat transferinə gətirib çıxardı. "

MIT-in yeni sistemini digər versiyalarından ayıran bir xüsusiyyəti isə istifadəçi sayı ilə sistemin göstərdiyi performans arasındakı münasibətdir. MIT sistem keyfiyyətinin, istifadəçi sayı artıqda daha da artacağını bildirir. MIT-in sözügedən sistemi biznes/fərdi müştərilər üçün hazırlayıb-hazırlamayacağı barədə bir məlumat yoxdur.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR