FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Texnologiya
23-08-2016, 16:41

Regionda ən baha internet Azərbaycandadır

Regionda ən baha internet Azərbaycandadır
Ölkənin internet məkanı 30-dan artıq şirkət arasında bölüşdürülüb
 
Ölkədə fəaliyyət göstərən internet provayderlərinin əsas milli internet operatoru "Delta Telecom” şirkətinin web-saytında yerləşdirilmiş interaktiv qrafikə əsasən, bu günkü tarixə reytinqdə ilk beşlikdə "Aztelekom”, "Bakinternet”, “Ağ Telecom”, “Azərcell” və “DataPlus” şirkətləri qərarlaşıb. Belə ki, "Aztelekom” dövlət internet provayderinin bazar payı 27,85%, digər dövlət internet provayderi "Bakinternet”in bazar payı 19,02%, "KATV1” kabel televiziyası provayderinin təsisçisi “Ağ Telecom” 9,37%, “Azərcell” 8,23%, “DataPlus” 6,41% təşkil edir. 
 
Sonrakı yerlərdə “Castel” (4,34%), “Connect” (4%), “Ultel” (3,99%), "Azstarnet” (2,90%), “Smart-Systems” (2,25%), “Alfanet” (2,10%) gəlir. Bazarda 1 faizin üzərində yer tutan provayderlər “Nakhchivan” (1,60%), “Azeurotel” (1,55%), “Avirtel” (1,45%) şirkətləridir. Digər provayderlər bazarda 1%-dək paya malikdirlər. Misal üçün “Bakcell”in reytinqi “0” göstərilib. “Azuninet” 0,07%, “Azintex” 0,54%,”Eurosel” 0,74%, “Megatelecom” yenə “0”% və s.-dir.  
 
Ötən illə müqayisədə böyük dəyişiklik baş verib, bəzi provayderlər reytinqdə hissolunacaq dərəcədə geriləyib, bəziləri də yüksəlib.
 
Qeyd edək ki, ölkədə 30-dan çox internet provayder fəaliyyət göstərir. Lakin, hər il internet qiymətlərinin aşağı düşdüyü deyilsə də uzun illərdir qiymət yüksək olaraq qalır. Provayderlər qiymət endirimi etmədən sürət artırırlar, bununla belə internet verilişinin keyfiyyətində bir dəyişiklik baş vermir. Araşdırmalara görə Azərbaycanda internet qiymətləri nəinki qonşu ölkələrdən, hətta Avropadakından da bahadır. İstifadə etdiyim “Bakı Telefon Rabitəsi” İB-yə məxsus “Bakinternet” şirkəti 1024-10240 Kbit/saniyə internet paketlərini aylıq 10 manatdan 80 manatadək tariflə satır. Bu isə deyilənə görə Avropadakı qiymətlərdən dəfələrlə bahadır. Sürət isə yerində sayır.
  
Azərbaycan İnternet Forumu bir müdət əvvəl Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və Türkiyədə müxtəlif bağlantılar üzərindən göstərilən internet xidmətlərin qiymətlərini müqayisə etmişdi. Məlum olmuşdu ki, bizdə adsl qoşulma 25-75 dollar, Rusiyada 7-12 dollar, Ukraynada 5-10 dollar, Gürcüstanda 25-40 dollar, optik xətlər üzərindən olan internet xidmətləri isə Azərbaycanda 85-400 dollar, Rusiyada 10-30 dollar, Ukraynada 8-25 dollar, Gürcüstanda 15-60 dollar, Türkiyədə 20-100 dollar təşkil edir. 
dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR