FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Təhsil
1-08-2018, 10:19

Azərbaycanlı şagirdlərin növbəti uğuru - FOTO

Azərbaycanlı şagirdlərin növbəti uğuru - FOTO

Tatarıstanın paytaxtı Kazanda, İnnopolis Universitetində İnformatika üzrə Avropa Olimpiadası başa çatdı. Qeyd edək ki, qələbə uğrunda Azərbaycan da daxil olmaqla 21 ölkədən 15 yaşa qədər 80 iştirakçı qatılmışdı. FaktXeber.com-un adıçəkilən Universitetin saytına istinadla verdiyi məlumata görə, Olimpiada üçün hər ölkədən 4 nəfərdən ibarət komanda iştirak edib.

 

 

 

Lakin Rusiyadan – ev sahibi olduğu üçün əlavə qeyri-rəsmi komanda da qatılıb. İki gün ərzində şagirdlər 6 məsələ həll ediblər. 

 

Azərbaycandan “European Junior Olympiad in Informatics” Beynəlxalq proqramlaşdırma müsabiqəsində Rəşad Məmmədov (BMU - İdarəetmədə İnformasiya Texnologiyaları, magistr) və Mahmud Allahverdiyevin (BMU – Kompüter Mühəndisliyi 2018 məzunu) - rəhbərliyi ilə məktəblilər komandası (Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə, Nihat Əliyev) iştirak edib.

 

 

4 nəfərdən ibarət komanda ilə bu mötəbər elm yarışında iştirak edən məktəblilərimiz  medalla qayıdıblar. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Abutalıb Namazov və İbrahim Tağızadə, Lənkəran şəhəri 4 nömrəli Humanitar liseyin 9-cu sinif şagrdi Murad Eynizadə bürünc medallara layiq görülüblər.

 

 

 

eJOI (European Junior Olympiad in Informatics) İnformatika üzrə Beynəlxalq  Olimpiada qaydaları üzrə həyata keçirilir. Şagirdlər C++ və ya Java dilində məsələlərin həlli çərçivəsində sınaq və iki əsas mərhələdən keçirlər. Tədbirdə  Avropa Şurasına üzv ölkələrindən komandalar dəvət olunurlar.

 

 

Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesini təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olur. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlər olimpiadalara hazırlıq prosesinə cəlb edilirlər.

 

 

Qeyd edək ki, sözügedən olimpiadada iştirak edən şagirdlər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində xüsusi proqram əsasında hazırlıq prosesindən keçiblər.

 

2014-cü ildən etibarən Təhsil Nazirliyinin müvafiq əmri əsasında yaradılmış mərkəzlərdə artıq 4 ildir ki, şagirdlər beş müxtəlif fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara cəlb olunurlar. 200-dən çox şagirdin dinləyici olduğu bu mərkəzlərə müxtəlif dövlət və özəl məktəblərin şagirdləri dəvət edilir. Tədris ilinin əvvəlində namizəd şagirdlərin seçimi ilə müəyyən edilən şagirdlər ali məktəblərdən, ayrı-ayrı institutların alim və professorlarının, eləcə də əcnəbi mütəxəssislərin dərslərində iştirak edirlər. Olimpiadalara hazırlıq mərkəzləri yerli və ölkədən kənarda bir neçə ali məktəblə sıx əməkdaşlıq yaradaraq, nəzəri və praktiki dərslərin hazırlığı prosesini təşkil etməkdədir.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR