FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Təhsil
3-08-2018, 14:18

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Avqustun 6-dan etibarən 2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluna başlanılacaq.

 

Təhsil Nazirliyindən FaktXeber.com-a bildiriblər ki, bu qurumun və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

 

Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 26-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada həyata keçiriləcək. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

 

 

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul “ASAN xidmət” tərəfindən aparılacaq. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq “ASAN xidmət” mərkəzlərində aparılacaq.

 

“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.

 

Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilərlər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir.

 

Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR