FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Xəbərlər>Təhsil
23-07-2018, 13:43

700 bal toplayan abituriyent: `Əsl mübarizə bundan sonra başlayır`

700 bal toplayan abituriyent: `Əsl mübarizə bundan sonra başlayır`

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Tapdıq Məhərrəmli iyulun 18-də keçirilmiş I qrup üzrə qəbul imtahanlarında 700 bal toplayaraq ölkə birincisi olub. 7 ildir ki, Bakı Türk Liseyində təhsil alan Tapdıq Məhərrəmli 700 bal toplamağın sirlərini bölüşüb. 

 

O, deyir ki, sırf yay imtahanlarına qatılmaqda məqsədi ona olan ümidləri doğrultmaq idi.

 

“I qrup üzrə imtahan verdim və yüksək nəticə göstərdim. Halbuki, yaz imtahanlarında  680 bal toplamışdım. Təbii, bu göstərici də pis deyildi. Sadəcə bu göstərici  ilə razılaşmadım. Ona görə də ikinci dəfə qəbul imtahanlarına qatılmaq qərarına gəldim. Düzü, hədəfim 700 bal toplamaq idi. Hələ qəbul imtahanlarına hazırlaşan zamanlar ailəm və müəllimlərim daha yüksək nəticə göstərəcəyimə ümidli idilər. İkinci imtahanlara qatılmaqla mənə olan ümidləri doğrultdum”.

 

700 bal toplayan abituriyentin sözlərinə görə, əsl mübarizə bundan sonra başlayır.

 

“700 bal toplamaqla heç nə bitmir. Əksinə,  mübarizə bundan sonra başlayır. 700 toplamaq hər şey demək deyil. Sadəcə, kiçik uğurdur. Əsas bundan sonrakı təhsil pillələridir. Yaxşı mütəxəssis olmaq üçün növbəti təhsil pillələrində çalışqanlığı davam etdirmək lazımdır. Universitet olaraq dəqiq ünvan seçməmişəm. Hələ ki Bakı Ali Neft Məktəbinin üzərində dayanmışam. İxtisası da hələ seçməmişəm. Gələcəkdə təhsilimi xarici ölkələrin birində davam etdirmək fikrindəyəm”.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirib.

 

İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), 

IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin eksperimental pilot sinfinin ("İstək" liseyi) məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR