Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək
Bu gün Prezident İlham Əliyev Milli Məclisin buraxılması haqqında sərəncam imzalayıb.
İlham Əliyev beşinci çağırış Milli Məclisi tam tərkibdə buraxıb və 2020-ci ilin doqquz fevral tarixində növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün vaxt təyin edib.
Konstitusiya Məhkəməsi parlamentin buraxılmasını Konstitusiyaya uyğun hesab edib.
Bu qərar çərşənbə günü Konstitusiya Məhkəməsinin doqquz hakimdən ibarət plenumunun Prezidentin Milli Məclisin buraxılması haqqında sorğusuna baxılmasına dair iclasında verilib.
Məhkəmənin qərarına görə, Milli Məclisdə yeni çağrış fəaliyyətə başlayanadək hazırkı parlamentin beynəlxalq təşkilatlarda təmsilçilik səlahiyyətləri saxlanılır.
Konstitusiya Məhkəməsinin iclasında məhkəmə sədri Fərhad Abdullayev qərarı oxuyub və deyib ki, qərar qəbul edildiyi andan qüvvəyə minir və heç bir qurum tərəfindən dəyişdirilə bilməz.
Cümə axşamı günü hakim Yeni Azərbaycan partiyasının Siyasi Şurası Milli Məclisin buraxılması haqqında Prezident İlham Əliyevə müraciət edib.
dle