FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Vurğun Əyyub vəfat edib.
Vurğun Əyyub vəfat edib.
Deputat borca görə deputat vəsiqəsini girov qoyub.
Deputat borca görə deputat vəsiqəsini girov qoyub.
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi
Həbsxanada vəkilə qarşı zorakılıq
Həbsxanada vəkilə qarşı zorakılıq
Xəbərlər>Siyasət, Gündəm, Sosial
12-11-2019, 13:08

Azərbaycanda digər sahələr kimi internet də qeyri-azaddır

Azərbaycanda digər sahələr kimi internet də qeyri-azaddır

Freedom House hüquq müdafiə təşkilatı dünya ölkələrində İnternet azadlığı ilə bağlı növbəti illik reytinqi dərc edib. Dünyada İnternet azadlığını ən çox pozan ölkə Çin olaraq qalır, bu zaman MDB ölkələri bu sahədə ondan çox da geridə qalmır.

Keçmiş SSRİ ölkələrindən Baltik ölkələrindən başqa, bu gün yalnız Ermənistanda və Gürcüstanda İnternet azadlığı var, Freedom House belə hesab edir.

Qırğızıstanda və Ukraynada İnternet “qismən azad”, Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Özbəkistanda “qeyri-azaddır”.

Ermənistan və Gürcüstan hesabatda müvafiq olaraq 10 və 13-cü yerləri tutublar, Azərbaycan isə 45-ci yerdədir. Azərbaycan haqqında hissədə deyilir ki, ölkədə dəfələrlə İnternet rabitə kanalları kəsilib, onlarla yerli və beynəlxalq sayt bloklanıb, sosial şəbəkələrə çıxış məhdudlaşdırılıb. Bütün bunlar hakimiyyətdən narazı olan səsləri “susdurmaq” və fəalların sosial şəbəkələr vasitəsilə etirazlara səfərbər olmasına mane olmaq məqsədilə edilib.

Əsas problemlər sırasında aşağıdakılar qeyd edilib:

2018-ci ilin dekabrında məhkəmə hakimiyyətin bir neçə onlayn medianın bloklanması haqqında əvvəlki qərarını təsdiq edib;

Müstəqil xəbər saytları və müxalif fəallar prezident seçkilərindən əvvəl və sonra kiberhücumlardan əziyyət çəkir;

Qanunvericiliyə edilmiş düzəlişlər “qanunsuz məlumat” nəşrinə görə cərimələri artırıb;

Çoxsaylı jurnalistlər, blogerlər və sosial şəbəkə istifadəçiləri onlayn fəaliyyətlərinə görə saxlanılıb. Onlar arasında 6 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlər var.

Hesabatda yuxarıda qeyd edilən pozuntuları təsdiq edən onlarla nümunə göstərilib. Freedom House dünyada Şəbəkə istifadəçilərinin 87%-nin yaşadığı 65 ölkəni araşdırıb. Bu ölkələrin 40-da istifadəçilərin izlənilməsi proqramlarından istifadə olunur.

İnternetdən istifadə imkanları səviyyəsinə görə ölkələrin reytinqi:

  1. İslandiya, 2. Estoniya, 3. Kanada, 4. Almaniya, 5. Avstraliya, 6. Böyük Britaniya, 7. ABŞ, 10. Gürcüstan, 13. Ermənistan. Sonuncu yerlərdə: 22. Qırğızıstan, 33. Ukrayna, 45. Azərbaycan, 48. Belarus, 50. Qazaxıstan, 51. Rusiya, 58. Özbəkistan, 64. İran, 65 Çin.
dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR