FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Deputat borca görə deputat vəsiqəsini girov qoyub.
Deputat borca görə deputat vəsiqəsini girov qoyub.
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi
Həbsxanada vəkilə qarşı zorakılıq
Həbsxanada vəkilə qarşı zorakılıq
Vəkil Adil İsmayılov bir illik cəzalandırıldı
Vəkil Adil İsmayılov bir illik cəzalandırıldı
Xəbərlər>Siyasət
2-11-2019, 17:19

Daha bir neçə AXCP üzvü qondarma ittihamlarla həbs edildi

Daha bir neçə AXCP üzvü qondarma ittihamlarla həbs edildi

Milli Şuranın 2 noyabra təyin etdiyi və bu gün təxirə saldığı mitinqə görə də təşkilatçılar və fəallar arasında qurama ittihmlarla sutkalıq həbs edilən, cərimələnənlər var. AXCP-dən aldığımız məlumat əsasında onların siyahısını təqdim edirik:

 

1. Emin Maniyev – AXCP Gənclər Komitəsinin fəalı, jurnalist, 29 oktyabrda günorta saat 12 radələrində peşə fəaliyyətini yerinə yetirmək üçün getdiyi Bakı Apelyasiya Məhkəməsinin qarşısında 4 nəfər mülki geyimli şəxs tərəfindən oğurlanaraq maşında naməlum istiqamətə aparılıb. Həmin tarixdə Yasamal rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

 

2. Aydın İsayev – AXCP Suraxanı şöbəsi sədrinin müavini, 30 oktyabrda iş yerindən mülki geyimlilər tərəfindən saxlanılaraq Nərimanov rayon polis idarəsinə aparılıb. Bu gün Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

 

3. Fuad Qəhrəmanlı – AXCP Rəyasət Heyətinin üzvü. Oktyabrın 30-dan polis tərəfindən izlənilib, mitinqdə iştirak edə bilmək və həbs olunmaması üçün başqa evdə qalıb. Bu gün Nəsimi rayonu ərazisindəki Koroğlu heykəlinin yanında saxlanılaraq naməlum istiqamətə aparılıb. Sonradan Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

 

4. Cavid İbrahimov – AXCP Suraxanı şöbəsi. oktyabrın 30-da Suaraxanı rayon 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Bu gün Suraxanı rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

 

5. Vahid Məhərrəmli – Milli Şura Koordinasiya Mərkəzinin və AXCP Rəyasət Heyətinin üzvü. Oktyabrın 29-da Yasamal rayon polis idarəsinə aparılıb, bir müddətdən sonra sərbəst buraxılıb. 30 oktyabrda yaşadığı binanın qarşısından Yasamal rayon polis idarəsinə aparılıb, sonra 29-cu polis bölməsinə göndərilib, bir neçə saatdan sonra protokol tərtib edilərək Yasamal rayon məhkəməsinə aparılıb və İXM-nin 510.1 maddəsi ilə 100 manat cərimə qərarı verilərək sərbəst buraxılıb.

 

Bildirək ki, 19 oktyabr mitinqinə görə həbs edilənlərdən də hələ həbsdə qalanlar var. AXCP-nin hazırda 19 üzvü müxtəlif müddətlərə inzibati həbsdədir.

 

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR