Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında Milli Şura mitinqlərə faktiki qadağa qoyulmasına etiraz olaraq piket keçirib. Piketə qanunla müəyyən olunan saydan artıq insanın buraxılmaması üçün ərazi hər tərəfdən polis sədləri kəsilib, əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Bununla belə müxtəlif istiqamətlərdən BŞİH-in yaxınlığına minlərlə insan toplaşıb. Polislər kənarda dayanan insanları dərhal ərazidən uzaqlaşdırıb, bir yerə toplaşmaqlarına imkan verməyib. Bundan başqa ərazidə internet xidməti tamamilə məhdudlaşdırıldığı üçün piketdən video və foto görüntülər aksiya getdiyi müddətdə yayılmayıb.
Piketin razılaşdırılmış olmasına və diqqət çəkən hər hansı gərginliyin yaşanmamasına baxmayaraq, aksiya iştirakçılarından saxlanılanlar da var.
AXCP RH üzvü Məmməd İbrahimin verdiyi məlumata görə piketi ərəfəsində və sonra 30 nəfərə yaxın şəxs saxlanılıb. Onları əvvəlcədən əraziyə gətirilmiş avtobuslara doldurularaq aparıblar. Ehtimal olunur ki, saxlanılanlar Səbail rayon Polis İdarəsinə aparılıb.
dle