FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Deputat borca görə deputat vəsiqəsini girov qoyub.
Deputat borca görə deputat vəsiqəsini girov qoyub.
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi
Həbsxanada vəkilə qarşı zorakılıq
Həbsxanada vəkilə qarşı zorakılıq
Vəkil Adil İsmayılov bir illik cəzalandırıldı
Vəkil Adil İsmayılov bir illik cəzalandırıldı
Xəbərlər>Siyasət, Yazarlar
12-10-2019, 14:30

Azərbaycanda söz və sərbəst toplaşma azadlığı.

Azərbaycanda söz və sərbəst toplaşma azadlığı.

Sovet İttifaqı zamanında ölkədə populyar bir lətifə vardı.

Bir gün Ronald Reyqan və Mixail Qorbaçovun Cenevrədə görüşü zamanı ölkələrində söz azadlığı haqqında söhbət düşür. Reyqan deyir ki, ABŞ-da söz azadlığı o qədər çoxdur ki, hər-hansı bir adam gəlib Ağ Evin baxçasında Ronald Reyqanı söyə bilər və buna görə ona heç kim bir söz deyə bilməz, çünki insanların söz azadlığı toxunulmazdır. Qorbaçov deyir ki, təsəvvür elə bizdə də vəziyyət eyni sizin kimidir. İstənilən adam gəlib Kremlin qarşısında dayanıb Reyqanı söyə bilər və buna görə ona heç kim heç nə deyə bilməz. Çünki bizdə də söz azadlığı toxunulmazdır.

 

Əliyevlər sülaləsi Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra ölkədə vəziyyət yuxarıda qeyd etdiyimiz lətifədən daha acınacaqlıdır. Sərbəst toplaşma hüqüqu, fikir və söz azadlığı millətimiz üçün artıq əlçatmaz bir mövhuma dönüb. Azərbaycanda ancaq Əliyevi tərifləmək üçün, yaltaqlanmaq üçün, “analoqu olmayan” inkişafdan dəm vurmaq üçün və səviyyəsiz müğənnilərin bayram konsertləri zamanı şəhər mərkəzində bir yerə toplaşmaq olar. Digər hallarda ağzının üstündın yumruq almayacağına, başına polis dəyənəyi zərbəsi hiss etməyəcəyinə, əl və ayaqlarından tutularaq yerdə sürütlənərək heyvan kimi polis avtomobilinin arxasına atılmayacağına və bunlar kimi daha nə qədər “maraqlı” macəralarla rastlaşmayacağına heç kim zəmanət verə bilməz.

 

Son illərdə müxalif düşüncəli insanların birlikdə yığışa biləcəyi yeganə yer olan “Məhsul” stadionunun sökülməsi sərbəst toplaşma hüququnun hansı vəziyyətdə olduğunu bir daha göstərdi.

 

Milli Şuranın mitinq üçün müraciətinə BŞİH o qədər uzaq yerdə icazə verdi ki, icazə vermirəm kimi bir cavab oldu. “Mitinq üçün icazə almaq” termini özü, demokratik ölkələrin insanları üçün çox mənasız və anlaşılmaz səslənir. Təəssüf ki, Azərbaycan insanı mitinq üçün icazə almaq məcburiyyətindədir. Bunlar daha çox texniki məsələlərdir. Qayıdaq mitinqimizə. Sonunda bu hakimiyyət və onun timsalında BŞİH xalqın qəzəbindən çəkinərək öz inzibati binasının qarşısında oktyabrın 8-də piket keçirməyə icazə verdi. İcazə verməyinə verdi amma həmin günü piketə gələnlərdən çox polis və daxili qoşunları da oraya yığmağı unutmadı. Nəticə olaraq onlarla insan fiziki təzyiqlərə məruz qaldı, döyüldü, polis tərəfindən qanunsuz olaraq saxlanıldı. Amma bütün bunlara baxmayaraq, xalq şəhərin mərkəzində öz etirazını bildirə bildi və bu prosesin davamı da olacaq. 19 Oktyabrda mitinq təyin olunub, bu mitinqin daha kütləvi və səs gətirən olacağına tam içdən inanıram.

 

Dəyişikliklərin zamanı artıq çatıb, əziz Xalqım! Səsimizin eşidilməsinin zamanı gəlib artıq. Əliyev rejiminin sonunu yaxınlaşdırmağın əsas yollarından biri bu mitinqlərdən keçir. Ayağa qalxmağın vaxtıdır!

 

 

 

 

 

 

Bəxtiyar Məmmədov.

 

Azərbaycanda söz və sərbəst toplaşma azadlığı.

Azərbaycanda söz və sərbəst toplaşma azadlığı.

 

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR