FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Siyasət
22-09-2019, 13:44

Deputat borca görə deputat vəsiqəsini girov qoyub.

Deputat borca görə deputat vəsiqəsini girov qoyub.

Deputat, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

Əldə etdiyimiz məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılovun məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR