FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Siyasət
8-09-2019, 22:57

Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi

Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi

Sentyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 15 şikayət üzrə qərarını elan edib.

Bu barədə Media Hüquqları İnstitutundan bildiriblər.

Məlumata görə, 13 ərizəçi ümumilikdə 15 şikayət verib. Onların müxalif partiya təmsilçiləri və ictimai-siyasi fəallar olduqları bildirilir.

İnstitutdan habelə vurğulanıb ki, onlar, əsasən, 2009-2015-ci illər arasında müxtəlif aksiyalarda saxlayaraq inzibati qaydada cəzalandırılıblar: «AİHM yekun qərarında hesab edib ki, ərizəçilərə münasibətdə azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüquqlarına müdaxilə edilib. Qərara əsasən, dövlət ərizəçilərə təzminat ödəməlidir».

Verilən məlumata görə, ərizəçilərdən Elçin Həsənova, Nazim Abbaslıya 9 min, Ruslan Nəsirliyə 14 min, Vüqar Rzayevə 7 min 200, Rasim Rzayevə 7 min 270, İslam Həsənova 5 min 750, Mübariz Əbdülkərimova 5 min 750, Rauf Əbdülrəhmanlı və Əli Abdullayevə 5 min 500, Rafiq Cəlilova 9 min 200, Türkel Alışova 11 min, Saqif Qurbanova da 11 min avro təzminat ödənilməlidir.

Məlumata görə, ərizəçilərdən yalnız Fuad Hacıyevə təzminat ödənilməyəcək, İnstitutdan qeyd edildiyinə görə, AİHM onun birləşmək hüququnun pozuntusunu tanıyıb, ancaq ərizəçi tərəfə maddi tələb irəli sürməyib.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR