FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Siyasət
29-08-2019, 14:18

Seymur Həzi azadlıqda!

Seymur Həzi azadlıqda!

Jurnalist Seymur Həzi avqustun 29-da Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini (bakalavr və magistr dərəcələri ilə) və AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasını bitirib.

AXCP üzvü, “Azadlıq” qəzetinin əməkdaşı olan Seymur Həzi 2014-cü il avqustun 29-da tutulmuş, bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun cəza müddəti bu gün başa çatıb.

2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Seymur Həzinin azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu tanıyıb, Azərbaycan dövlətinin ona 14 min 500 avro təzminat ödəməsi barədə qərar çıxarıb.

Seymur Həzi həbsdə olarkən, 2016-cı ilin avqustunda müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigarla ailə qurub.

Seymur Həzi azadlıqda!

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR