FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
"Linlin" qasırğası 5 nəfərin canını aldı
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Millimiz yenə xal qazana bilmədi
Millimiz yenə xal qazana bilmədi
Seymur Həzi azadlıqda!
Seymur Həzi azadlıqda!
Xəbərlər>Siyasət, Gündəm, Yazarlar
23-08-2019, 11:02

Socar, Richard Mille, Abdullayev və analoqu olmayan inkişaf.

Socar, Richard Mille, Abdullayev və analoqu olmayan inkişaf.

Azərbaycan Dövlət Neft Şirkətinin illik hesabatına görə, 2018-ci ildə şirkətin prezidentinin və 12 vitse-prezidentinin rəsmi əmək haqqları və gəlirlərinin ümumi həcmi 1.28 milyon manat (755 min dollar) təşkil edib. Bu rəqəmləri yadımızda saxlayaq.

 

17 yaşından SOCAR sistemində müxtəlif vəzifələrində işləmiş cavan bir oğlanın saatının qiyməti isə SOCAR-ın prezidenti və bütün vitse prezidentlərinin bir illik əmək haqqlarından təxminən iki dəfə çoxdur. Əslində bəzi ölkələrdə bu işdə təəccüblü bir şey olmaya bilər. Cavan oğlan uğurlu iş adamı ola bilər, hansısa ərəb şeyxinin oğlu ola bilər, hətta kapitallarını vaxtında Londona çıxararaq daşınmaz əmlaka yatırmış rus oliqarxının oğlu belə ola bilər. Bu zaman bizim hekayəmizdə heç bir maraq qalmazdı. Məsələ burasındadır ki, bu  hansı mənbələr hesabına varlandığı "bilinməyən" cavan oğlan SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğludur. 

 

Azərbaycan kimi patriarxal cəmiyyətlərdə hər bir ata öz oğul övladının özündən daha irəlilərə getməsini arzulayır, özünün istəyib nail ola bilmədiyinə nail olmasını istəyir. Görünür ki Rövnəq Abdullayevin arzuları çin olub. İnanmıram ki 25 yaşında Rövnəq müəllimin 1.35 milyon dollarlıq Richard Mille saatı vardı. 

 

İndi keçək əsas mətləbə. Mənim ən sevmədiyim məşğuliyyət başqalarının pulunu saymaqdır. Amma burda oxucularıma çatdırmaq istədiyim əsas mətləb fərqlidir. Bu yuxarıda yazdıqlarım Azərbaycanda talançılığın, oğurluğun, dövlət büdcəsinin dağıdılmasında yüksək vəzifəli məmurların rolunun necə böyük olmasının və prezident İlham Əliyevin bunlara barmaqarası baxaraq şərait yaratmasının bariz nümunəsidir. Bəs möhtərəm ali bas komandan bunlara niyə barmaqarası baxır? Dövlət büdcəsini talayanların başında öz ailəsinin olduğundan olmasın?  Öz deyimləri ilə, uğurlu biznesmen olan cavan övladlarının adında Dubay, London, Moskva və digər yerlərdə milyonlarla dollarlıq əmlakların hansı pullarla alındığını açıqlaya bilməməsindən olmasın? Azərbaycanda bütün rüşvət axınlarının birləşdiyi son ünvanın kim olduğunu bildiyindən olmasin? O qədər ritorik suallar verə bilərik ki? 

 

Millətim öz şirin yuxusundan oyanmayana qədər, biz hələ çox ritorik sual verəcəyik! Bəlkə oyanmağın vaxtıdır?!

 

 

 

 

                                                                                                                                          Bəxtiyar Məmmədov

 

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR