FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Siyasət, Gündəm
17-08-2019, 22:42

Almaniyadan getməmək üçün canına qəsd etdi

Almaniyadan getməmək üçün canına qəsd etdi

Almaniyaya mühacirət üçün müraciət edən daha bir azərbaycanlı özünə qəsd edib.

Məlumatı Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzi yayıb.

Bildirilib ki, İbbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə İtaliyaya getməkdən imtina edən Hüseyn adlı azərbaycanlı özünü doğrayıb.

“Hər iki qollarını kəsən şəxs 2 ay əvvəl İtaliya vizası ilə Almaniyaya gəlib. Bu gün polislər onu məcburi qaydada İtaliyaya deport etmək istədikləri zaman özünü doğrayıb. Hüseyn Kəlbəcər rayonunda anadan olub, evlidir, iki azyaşlı uşağı var. O, təcilli yardımla xəstəxanaya çatdırılıb,”- “Leqat”ın məlumatında deyilir.

Mərkəzin məlumatına görə, 2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən həmin 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib.

Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib.

Bir müddət öncə Almaniyanın Deggendorf şəhərində mühacir həyatı yaşayan Humay Məmmədova da deportasiya edildiyi üçün intihar etmişdi. O, çoxlu dərman atmışdı. Xəstəxanaya çatdırılsa da, 15 gün ərzində öldü. Səhhətində problem olan qadının 9 yaşlı qızı qalıb.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR