FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
"Linlin" qasırğası 5 nəfərin canını aldı
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Millimiz yenə xal qazana bilmədi
Millimiz yenə xal qazana bilmədi
Seymur Həzi azadlıqda!
Seymur Həzi azadlıqda!
Xəbərlər>Siyasət, Yazarlar
24-11-2017, 00:00

Əliyevlərin satdığı vətən torpağı və vətən sərvətləri.

Əliyevlərin satdığı vətən torpağı və vətən sərvətləri.

Qarabağı satıb hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan torpaqlarının yerdə qalan sərvətini satıb Əliyevlərin cibinin daha çox doldurulması üçün siyasətdən və idarəçilikdən tamamilə uzaq olan oğlu İlham Əliyevi hansı hiylələrlə hakimiyyətə gətirdiyi bütün dünyaya məlumdur. İndi bu talançılıq oğlu İlham Əliyev və gəlninin ailəsi Paşayevlər tərəfindən məharətlə davam etdirilir. İndi Azərbaycanda həqiqətən də siyasətdən uzaq, idarəçiliyi bacarmayan, xalqı düşünməyən, şəhidinin, Qarabağ qazisinin qayğısına qalmayan, gözünün qarşısında acından, rüşvətxorluqdan qırılan, məhv olan xalqını vecinə almayan bir hakimiyyət hökm sürür. 30 il bundan əvvəl Qarabağı satan Əliyevlər indi də Azərbaycanın bütün sərvətlərini satıb cibini doldurur. Azərbaycan insanı isə məhv olur. Həkimi, müəllimi, təqaüdçüsü səfalət içərisində boğulur.

Bu hakimiyyət hələ nə qədər bu xalqa qan udduracaq bunu bizdən, özümüzdən, Azərbaycan xalqından başqa heç kimi müəyyənləşdirə bilməz. Bir olmağın vaxtı gəlmədimi? Haqqımızı yeyənlərdən hesab soruşmağın vaxtı gəlmədimi?

Hələ 1990-cı il yanvar hadisələrindən sonra dünyada ən cəsarətli xalq kimi tanınan bu xalq 20-30 il ərzində niyə bu qədər dəyişdi? Tank qabağında əli yalın dayanan oğullar niyə bu rejimin qabağında dayanıb yeyilən haqqlarının hesabatını istəyə bilmir?

Anlaşılandır ki, Əliyev rejimi indiyədək hansı siyasəti irəli sürmüşdür. Anlaşılandır ki, indiyədək haqqını tələb etməyi bacaran oğulların başına nələr gətirilmiş, hansı həbsxanalarda çürüməyə məhkum buraxılmışdır. Anlaşılandır ki, yüzlərlə gəncin həyatı məhz reallığı gördüyü və səsləndirdiyi üçün məhv edilmişdir. Amma anlaşılan deyil ki, xalqım onları görüb qorxaraq geri çəkilir. Geri çəkilmək Əliyevlərə daha gözəl şərait yaratmaqdır. Bizi talan edin, məhv edin, yoxsulluq, səfalət, rüşvətxorluq içində boğulaq, siz səfasını çəkin deməkdir.

Əziz oxucum, qədim tarixə, mədəniyyətə sahib olan bu əsil xalq niyə bir ailənin köləsinə çevrilməlidir ki? Bu haqda heç düşündünmü? Babalarımız bu torpaqlar uğrunda canını verəndə, bu torpaqları bizə əmanət qoyub döyüş meydanlarında qan tökəndə bizi bir ailə əzsin, alçaltsın, qanımızı içsin, bu torpaqları satıb dünya banklarındakı pullarını artırsın deyəmi öldülər? O babaların bu qədərmi qorxaq nəvələri olduq? Düşün

 

Bəxtiyar Məmmədov

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR