FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Siyasət
28-06-2019, 23:23

İbizada saatı oğurlanan şəxs Rövnəq Abdullayevin oğlu çıxdı.

İbizada saatı oğurlanan şəxs Rövnəq Abdullayevin oğlu çıxdı.

İspan adası İbitsada qiyməti 1 milyon funt-sterlinq (1 milyon 200 min avro) olan saatı oğurlanan azərbaycanlı turistin kimliyi məlum olub.

İbitsa polisinin hadisə ilə bağlı sənədində zərərçəkmişin Rəşad Abdullayev olması qeyd olunub. Sənəddə onun xarici pasportunun nömrəsi də yazılıb.

Hadisə iyunun 19-da baş verib. Sənədə əsasən Rəşad Abdullayev dostu ilə oteldə tanış olduqları iki xanımla restoranda nahar ediblər. Xanımlarla sağollaşdıqdan sonra taksi sifariş veriblər. Rəşad Abdullayev və dostu taksi gözləyərkən arxadan gələn bir nəfər onu bir neçə dəfə vuraraq saatı qolundan çıxarıb. Oğru onu aralıda gözləyən şəxsin mopetinə minərək, hadisə yerindən uzaqlaşıb. Sənəddə göstərilir ki, oğru sarışın olub.

polisin açıqlaması

polisin açıqlaması

Saatı oğurlanan Rəşad Abdullayevin məlumatları SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin məlumatlarına uyğun gəlir.

Oğurlanan saat “Richard Mille (RM) 50-03 McLaren F1”dünyada ən bahalı modellərdən sayılır. Bildirilir ki, bu saatın yaradıcıları “Formula 1” bolidlərindən ruhlanıblar və modelin adında da bu qeyd olunub.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR