FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Xəbərlər>Siyasət
3-07-2019, 13:15

Baş redaktor məqalələrə görə izahat yazıb

Baş redaktor məqalələrə görə izahat yazıb

"Criminal.az" saytının baş redaktoru Anar Məmmədov saytda yayımlanan iki yazıya görə iyulun 3-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb, izahatı alınıb. A.Məmmədovun bildirdiyinə görə, yazılardan biri Qarabağ Hərəkatının lideri Vasif Qurbanzadənin daxili işlər naziri Vilayət Eyvazova açıq məktubu, digəri isə bir gəncin soyğunçuluqda ittiham edilib tutulması, ertəsi gün azadlığa buraxılması barədə olub. V.Qurbanzadə ötən ilin dekabrında evində baş vermiş oğurluqla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının hərəkətsizliyindən, cinayətin üstünün açılmamasından şikayətlənib.

"Bakıda müəmmalı polis əməliyyatı: soyğunçu kimi tutdu, 1 gün sonra azad etdi..." başlıqlı ikinci yazıda isə Hilal Qurbanov adlı gəncdən bəhs olunur.

"Belə sual yaranır, əgər tutulan gənclər bıçaqla hədələyərək soyğunçuluq cinayəti törədiblərsə, niyə sərbəst buraxılırlar? Əgər cinayətləri sübuta yetirilməyibsə, Daxili İşlər Nazirliyi həmin gənclərin şəkillərini cinayətkar kimi ölkə mətbuatında niyə yayımlayır?", - yazıda bildirilir.

A.Məmmədovun sözlərinə görə, onu Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov qəbul edib. Görüşdə Bakı qarnizonunun rəisi və cinayət-axtarış şöbəsinin rəisi də iştirak edib: “Cinayət-axtarış idarəsinin rəisi Mirqafar Seyidova Suraxanıdakı oğurluqla bağlı məruzə elədi. İddia etdi ki, polis hərəkətsizlik etməyib, cinayətin açılması istiqamətində müəyyən addımlar atılıb".

A.Məmmədov bildirib ki, iki saata yaxın davam edən görüşdə ona qarşı heç bir kobudluq olmayıb: "Yazıların qərəzli olduğunu bildirdilər. Təbii ki, razılaşmadım. Mənim nəinki polisə, heç bir dövlət orqanının əməkdaşlarına qarşı qərəzim yoxdur, ola da bilməz. Onlar da, mən də etik çərçivədə sözümüzü dedik".

A.Məmmədov Gəncə hadisələrinə görə məhkum edilib. O, keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi, Gəncə əhalisinin ondan şikayəti, onunla şəhərin mərhum polis rəisi Rasim Musayev haqqında problemlər barədə yazılarına görə dövlət əleyhinə çağırışlar, səlahiyyət həddini aşma və vəzifə saxtakarlığında ittiham edilib. A.Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

İddia olunur ki, A.Məmmədovun bu yazıları üç qadında narahatlıq yaradıb, onları həyəcanlandırıb. Həmin qadınlar da şahid qismində dindirilib.

A.Məmmədov isə ittihamları qəbul etmir, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR