FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Xəbərlər>Siyasət, Yazarlar
28-08-2018, 15:13

Saxta Demokratiya

Saxta Demokratiya

Demokratiya... Səslənişi belə qulağa şirin gəlir. Azad seçim etmək, azad fikir bildirmək, azad toplana bilmək, azad media vasitəsi ilə obyektiv xəbərlər oxumaq, hakimiyyətin çatışmayan cəhətlərini qorxmadan dilə gətirə bilmək, vergiləri hesabına formalaşan dövlət büdcəsinin haraya xərcləndiyini sorğulaya bilmək, azad məhkəmə sistemi vasitəsi ilə öz aralarında və ya digər qurumlara olan mübahisəli məsələləri həll edə bilmək və digər Azərbaycan xalqının illərdir həsrət qaldığı məfhumlar həmin bu demokratiyanın hesabına reallaşa bilər. Azərbaycan xalqının bunlara həsrət qalmasının səbəblərini araşdırsaq, qarşımıza çox səbəb çıxacaq, ancaq ən əsas səbəb olaraq sadəcə bir cavab çıxacaq, Əliyevlər və onların qurduğu rejim.

 

1993-cü ildən bu yana öncə Heydər Əliyev, daha sonra oğlu İlham Əliyevin bu xalqın boğazına çökməsindən sonra, Azərbaycan xalqı yuxarıda sadaladığım demokratiyanın gətirə biləcəyi bəhrələrə həsrət qalıb. Seçkilər hələ də Sovet dövründə olduğu kimi, formal bir şeyə çevrilib. Kütləvi saxtakarlıq hallarını bir tərəfə qoyuram, gələcək seçkilərdə potensial rəqib ola biləcək siyasətçilər qeyri qanuni yollarla seçkilərə buraxılmayıb. Konstitusiya dəyişikliyi üçün referendum edib öz həyat yoldaşını ölkədə ikinci posta gətirmək üçün şərait yaratmaq bu rejimin gələcəkdə daha nələr edə biləcəyinin siqnalıdır. Polis qanun keşikçiliyi əvəzinə rejim keşikçisi rolunu oynayır. Yüzlərlə günahsız insan rejimin qurduğu saxta ittihamlar ucbatından həbsdə çürüməktədirlər. Gənc, yaşlı, qadın, kişi, neçə neçə insan sadəcə öz mövqelərini müxtəlif cür bildirdiklərinə görə və bu mövqe rejimin göstərmək istədiyi "Çəhrayı gözlük" strategiyasındakı mövqe ilə üst-üstə düşmədiyi üçün qanunsuz və absurd ittihamlarla həbsxanalarda ömürlərini keçirirlər.

 

Bu xalq bunlara nə vaxta qədər dözəcək? Bu ölkənin canı Əliyev rejiminin caynaqlarından nə zaman qurtaracaq? Yuxarıda sadaladığım insanlar nə zaman evlərinə geri dönəcəklər? Bu suallara ancaq bir cavab var: Azərbaycan xalqı "qalxaq" səsini yüksəldənə qədər bu işlər belə də davam edəcək. Ayağa qalx, ey Azərbaycan! Artıq oyanmaq vaxtıdır!

 

 

Bəxtiyar Məmmədov.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR