FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Xəbərlər>İqtisadiyyat
7-08-2018, 18:54

`Gömrük rüsumlarının artımı qiymətləri bahalaşdıracaq`

`Gömrük rüsumlarının artımı qiymətləri bahalaşdıracaq`

Xəbər verdiyimiz kimi, Azərbaycan Nazirlər Kabineti "Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib. Nəticədə sentyabrın 6-dan etibarən Azərbaycanda gömrük yığımlarının məbləğləri artırılıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov sözügedən dəyişikliyi şərh edərkən bildirib ki, gömrük yığımlarının 50 faiz artımı daxili bazara təsirsiz ötüşməyəcək.

 

Sitat: "Ümumi götürdükdə, buna 50 faiz artım demək olmaz. Malın dəyərindən aslı olaraq, gömrük rüsumlarının qiymətləri dəyişəcək. Burada 10, 15, 25 manatda artım var. Əlbəttə, bu qərar gömrükdən keçən bütün mallara şamil edilir. Bu, gömrük yığımı üçün yaxşı olsa da, bazara müəyyən qədər təsir edəcək. Düzdür, Azərbaycanda idxal-ixrac əməliyyatlarında, ixrac idxalı üstələyir. Hardasa, ölkəmizdə istehsal da var. Bütün bunlara baxmayaraq, xaricdən Azərbaycana kifayət qədər məhsul idxal edirik. Ona görə də, gömrük rüsumları artırıldığı üçün həmin malların dəyərində müəyyən qiymət artımı baş verəcək. Yəni, bunun hansı səviyyədə olacağını bazar göstərəcək. Ümumi götürəndə, əlbəttə, Azərbaycanın daxili bazarındakı qiymətlərinə təsiri qaçılmazdır.

 

Tanınmış iqtisadçı və deputat əlavə edib ki, gömrük yığımlarının artırılmasının səbəbləri var:

 

"Gömrük yığımlarının artırılmasının mərkəzində tam başqa məsələ durur. Birincisi, bu il üçün dövlət büdcəsində gömrük ödənişlərinin məbləği artırılıb. Bu məbləğin dövlət büdcəsinə yığılıb, köçürülməsi üçün gömrük tərəfindən mənbəyi axtarılır və nəticədə tapıldı".

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR