FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Xəbərlər>İqtisadiyyat
1-08-2018, 10:16

Nəqliyatdakı qiymət artımının inflyasiyaya təsiri var

Nəqliyatdakı qiymət artımının inflyasiyaya təsiri var

"Avtobus və metroda qiymət artımının inflyasiyaya bir qədər yüksəldici təsiri var".

 

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq.

 

" Lakin düşünmürük ki, bu artım inflyasiyanın 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər", deyə sədr bildirib.

 

E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır".

 

Onun sözlərinə görə, inflyasiyaya təsir edən əsas amil məzənnə sabitliyidir. E.Rüstəmov əlavə edib ki, AMB məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olunub: "Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb."

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR