FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Xəbərlər>İqtisadiyyat
26-07-2018, 17:21

Dollar 1 manat 66 qəpik olacaq - PROQNOZ

Dollar 1 manat 66 qəpik olacaq - PROQNOZ

Rusiyanın AKRA reytinq agentliyinin analitikləri Azərbaycanda manatın devalvasiyaya məruz qalacağını ehtimal etmirlər və onun məzənnəsinin möhkəmlənəcəyini proqnozlaşdırırlar.

 

"2022-ci ilin sonunadək manatın məzənnəsi sabit qalacaq, devalvasiya ehtimalı isə azdır", - deyə agentliyin Azərbaycan üzrə iqtisadi icmalında bildirilir.

 

Agentliyin qiymətləndirmələrinə görə, manatın devalvasiyasının ardınca inflyasiyanın yüksəlməsi və əhalinin gəlirlərinin azalması prosesi 2017-2018-ci illərdə dayanıb. "Lakin tənzimləyicinin cari çevik məzənnə rejimini nə qədər saxlamağa nail olacağı məsələsi açıq qalır”, - deyə icmalda vurğulanır.

 

FaktXəbər-in "İnterfax-Azərbaycan"a istinadən məlumatına görə, AKRA-da hesab edirlər ki, daha əlverişli xarici konyunktura tədiyə balansı ilə bağlı vəziyyətin yaxşılaşmasına kömək edir. 2017-ci ilin I rübündə tədiyə balansının saldosu ilkin gəlirlər üzrə ödənişlərin azalması sayəsində müsbət olub. AKRA cari əməliyyatlar hesabını 5–5,7% səviyyəsində proqnozlaşdırır. Bu, onunla şərtlənib ki, müsbət ticarət balansı mənfi ilkin gəliri üstələyir. Ticarət balansının müsbət zonaya çıxışı üçün Azeri Light” markalı neftin bir barelinin qiyməti 45 ABŞ dolları səviyyəsində müəyyən edilib.

 

"Digər tərəfdən, proqnoz dövründə (2018-2022) dünya bazarında karbohidrogenin qiymətindəki ciddi dəyişikliklər milli valyutanın məzənnəsinin aşağı düşməsinə səbəb ola bilər. Yeni xarici iqtisadi şokların yaranması isə tədiyə balansının pisləşməsi ilə nəticələnə bilər (2018-ci ilin I rübünün yekunları üzrə ölkə ixracının 89%-ə qədəri neft, qaz və neft məhsullarının payına düşür”, - deyə sənəddə qeyd olunur.

 

Analitiklərin qiymətləndirmələrinə görə, inflyasiya gözləntilərinin zəifləməsini, artım templərinin ləngiməsini, eləcə də Azərbaycanın beynəlxalq ehtiyatların həcminə görə ölkənin 8-9 ay ərzində ümumi idxalına (2022-ci ilin sonuna bu göstərici üzrə proqnoz $8,5 mlrd. təşkil edir) uyğun səviyyəyə çatmasını nəzərə alaraq, manatın dollara nisbətən məzənnəsi sabit - 1,66–1,73 diapazonunda olacaq, proqnoz dövrünün sonuna isə 1,66 manatadək möhkəmlənəcək.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR