FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Xəbərlər>İqtisadiyyat
4-06-2018, 14:38

Gülər Əhmədova eks-deputat kimi pensiya alacaq

Gülər Əhmədova eks-deputat kimi pensiya alacaq

Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya eks-deputat pensiyası təyin oluna bilər.

 

Bu barədə onun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

 

“1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən, Gülər Mikayıl qızı Əhmədovaya 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilib. 

Bu qərara görə hakim Elçin Məmmədova təşəkkür edirəm!”, -deyə vəkil bildirib.

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

 

2013-cü ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. 

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. 

 

2014-cü ilin mayında  Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR