FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
1-08-2018, 12:21

Çempionlar Liqası: Üç klub növbəti mərhələyə yüksəlib

Çempionlar Liqası: Üç klub növbəti mərhələyə yüksəlib

Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri start götürüb. İlk oyun günündə 3 qarşılaşma keçirilib. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova "Şerif"i evdə Makedoniya "Şkendiya"sını sınağa çəkib. Görüş qolsuz yekunlaşıb. Bununla da "Şkendiya" mərhələ adlayıb.

 

İlk oyunda İsrailin "Hapoel" komandasını 5 cavabsız qolla üstələyən Xorvatiya "Dinamo"su Beer-Şevada məhsuldar heç-heçə sayəsində adını növbəti mərhələyə yazdırıb.

 

Slovakiya "Spartak"ı ilə Trnavada Polşanın "Legiya" komandasına 0:1 hesabı ilə uduzub. Lakin ilk görüşdən 2:0 hesablı qələbə ilə ayrıldığından, "Spartak" bu turnirdə yoluna davam edəcək.

 

Qeyd edək ki, ilk matçda səfərdə Albaniya "Kukesi"i ilə qolsuz heç-heçə edən "Qarabağ" II təsnifat mərhələsinin cavab oyununa avqustun 1-i çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

 

Çempionlar Liqası, II təsnifat mərhələsi

 

Cavab oyunları

 

31 iyul

 

21:00. "Şerif" (Moldova) - "Şkendiya" (Makedoniya) - 0:0

 

İlk oyun - 0:1

 

21:00. "Hapoel" (Beer-Şeva, İsrail) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:2

 

Qollar: Con Oqu, 14. Petar Stoyanoviç, 34 (öz qapısına) - Mario Budimir, 49. İzet Hayroviç, 54

 

İlk oyun - 0:5

 

22:30. "Spartak" (Trnava, Slovakiya) - "Legiya" (Varşava, Polşa) - 0:1

 

Qol: İnyaki Astis, 63

 

İlk oyun - 2:0

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR