Braziliya millisi və PSJ-nin hücumçusu Neymar tez-tez simulyasiya yol verməsi barədə etiraf edib. FaktXəbər bildirir ki, 26 yaşlı futbolçu hərdən bilərəkdən yerə yıxıldığını dilə gətirib.
"Siz düşünə bilərsiniz ki, mən simulyasiya edirəm. Hərdən yalandan yerə yıxılıram. Amma həqiqətən meydanda çox əziyyət çəkirəm. Bəzən bütün dünyanı heyətləndirən, bəzən də zəhlətökən oyun üslubunda çıxış edirəm. Fikirləşə bilərsiniz ki, mən tez-tez yıxılıram. Amma belə deyil. Bilin ki, yalnız yıxılanlar sonradan ayağa qalxa bilirlər",-deyə Neymar əlavə edib.
dle