İspaniyanın "Barselona" kulubu braziliyalı cinah oyunçusu Malkom Filipe Silva de Oliveiranı Fransanın "Bordo" komandasından transfer edib. "Barselona"dan verilən məlumata görə, Malkom kimi tanınan futbolçu 41 milyon avroya transfer edilib. 21 yaşlı futbolçu 2022-23-cü il mövsümünün sonuna qədər Katalonlarla müqavilə imzalayıb.
Ispan mətbuatı Malkomun 38 milyon avro verən "Roma" ilə anlaşmaq ərəfəsində "Barselona" araya girib daha yüksək təklif edərək transferi başa çatdırdığını yazıb.
"Roman"ın idman direktoru Monçi Malkomu niyə transfer edə bilmədiklərini açıqlayıb.
Monçi "Bordo" ilə hər məsələdə razılaşdıqlarını, sənədləri də göndərdiklərini, hətta Fransa klubunun sosial şəbəkə vasitəsi ilə transferin başa çatdığını yayımladığını, onların da twitter vasitəsi ilə təbliğat aparmalarını istədiklərini və onların twitter-dən Malkomun tranfserini açıqladıqlarını deyib.
Növbəti gün isə Fransa klubu, "biz "Barselona" ilə razılaşdıq, onlar daha çox pul verir, Malkomu istəyirsinizsə, siz bir qədər də artıq ödəməlisiniz" - deyə bildirib.
Bundan sonra "Roma" prezidenti ilə görüşdüyünü və təklifi artırdıqlarını deyən Monçi, bir daha "Bordo"nun təklifi qəbul etdiyini və transferin bitirilməsi üçün yenilənmiş sənədləri tələb etdiyini deyib. Malkom üçün təyyarə bileti də aldıqlarını bildirən Monçi, növbəti gün səhər saatlarında oyunçunun meneceri ona "Bordo" prezidentinin Malkoma təyyarəyə minmək qadağası qoyduğunu söyləyib.
Yenidən "Bordo" prezidenti ilə danışdığını söyləyən Monçi "Barselona"nın təklifi bir qədər də artırdığı cavabını alıb.
Bundan sonra Monçi, "kifayətdir, artıq biz belə bir auksionun parçası olmayacağıq", - deyib və transferdən çəkildiklərini söyləyib. Monçi bu vəziyyətə görə azarkeşlərdən də üzr istəyib.
Monçi əllərində "Bordo" ilə imzalanmış müqavilə olmadığını, ancaq müqavilənin aparıldığına dair ona "Bordo" klubundan göndərilmiş çoxlu sayda mesajın olduğunu bildirərək, bu transfer barədə FİFA-ya şikayət edəcəklərinə işarə edib.
"Barselona"nın hədəfi isə isə əslində "Çelsi"nin Villianı olub. Göndərilmiş üç təklif rədd edildiyi üçün Malkom üçün hərəkətə keçiblər və belə demək mümkünsə, onu "Roma"nın əlindən oğurlayıblar.
dle