“Danışılmış oyunlarla bağlı yeni cəzalar olacaq. Hazırda prokurorluq tərəfindən araşdırma gedir. Lazım olan sənədləri mütəmadi təqdim edirik”.
Bunu AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra qurumun baş katibi Elxan Məmmədov deyib.
O, bildirib ki, hazırda danışılmış oyunlarla bağlı araşdırlamalar davam edir: “AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri davamlı şəkildə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır. UEFA-dan gələn bütün məlumatları onlara veririk. I Divizionu təmsil edən klubların nümayəndələri ilə danışsanız, bilərsiniz ki, onları da dəvət edirlər. İstintaq gedir. Müvafiq qaydada sanksiyala tətbiq olunacaq”.
E.Məmmədov I Divizonla əvəzedicilərin çempionatının birləşdirilməsinin danışılmış oyunlarla mübarizədə önəmini qeyd edib: “Çünki əvəzedici komanda klubu təmsil edir. Onlara görə Premyer Liqa təmsilçiləri birbaşa məsuliyyət daşıyacaqlar. Elita klublarının köməyi ilə bu virusu məhv edəcəyimizi düşünürük”.
dle