Rusiyada keçirilən 2018-ci il Dünya Çempionatında Kolumbiya millisini 2-1 hesabı ilə məğlub edərək Cənubi Amerika təmsilçisinə qalib gələn ilk Asiya ölkəsi olan Yaponiyanın azarkeşləri ibrətamiz addım atıb. Yapon azarkeşlər oyun qurtardıqdan sonra stadionda təmizlik işləri aparıblar.
Rusiyanın Saransk şəhərindəki "Mordovia" arenasında keçirilən oyundan sonra yaponlar öz sektorunda təmizlik apararaq digər ölkələrin azarkeşlərinə nümunə olublar. Sosial media istifadəçiləri arasında yapon azarkeşlərin bu hərəkəti böyük rəğbətlə qarşılanıb.
dle