Rusiya və Misir yığmaları arasında Sankt-Peterburqda keçirilən oyundan sonra stadiondan 33 yük maşını zibil çıxarılıb. Bu barədə "Fantanka" saytı məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiyanın Misirə 3:1 hesabı ilə qalib gəldiyi oyundan sonra stadionda təmizlik yaratmaq üçün 135 süpürgəçi tər töküb. Onlara bu işdə 30 yük maşını köməklik edib.
Stadiondan ümumilikdə 164 konteyner vasitəsilə 330 kubmetr zibil yığılıb.
Oyun zamanı stadionda 64 min 468 nəfər iştirak edib.
dle