Rusiyada keçirilən futbol üzrə dünya çempionatının favoritlərindən sayılan Braziliya millisi ilk matçında xal itirib.
Sambaçılar E qrupunun İsveçrə ilə görüşündə heç-heçə edib – 1:1.
Görüşdə hesabı 20-ci dəqiqədə Filippe Koutinyo açsa da, ikinci yarının başlamasından beş dəqiqə sonra Steven Suber tarazlığı bərpa edib.
Xatırladaq ki, bu qrupun digər görüşündə Serbiya Kosta Rikadan üstün olub – 1:0.
dle