Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.
XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi “Lujniki” stadionunda keçiriləcək.
DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək.
Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.
Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.
“Report” Milli Məclisin deputatları arasında hansı komandaya azarkeşlik edəcəkləri ilə bağlı sorğu keçirib. Millət vəkilləri fərqli cavablar səsləndiriblər. Amma ən maraqlı cavabı Milli Məclisin üzvü Azər Badamov verib.
Milli Məclisin üzvü Azər Badamov bildirib ki, “Real Madrid” çempion olacaq: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Bu, artıq sürpriz olar”.
.jpg)
dle