Topaz Premyer Liqasında 2017/18 mövsümü başa çatdığından, klublar transfer çalışmalarına başlayıblar. Apasport.az saytının məlumatına görə, elita iştirakçıları ilk olaraq heyətlərində “təmizləmə işləri” aparmaqla məşğul olacaqlar.
Klubunu tərk edən bir neçə oyunçunun adına artıq aydınlıq gəlib. Həmçinin, icarədən qayıdan futbolçular da var. Lakin hələlik heç bir komanda transfer həyata keçirməyib.
“Qarabağ”
Gələnlər: Filip Ozobiç (“Qəbələ”), Rahil Məmmədov (“Səbail”)
Gedənlər: Pedro Enrike (PAOK, Yunanıstan: icarə müddəti başa çatıb), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə: icarə müddəti başa çatıb), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Səbail"), Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə, Əfran İsmayılov, Arif Daşdəmirov
Müqavilə müddətini artıran: Rəşad Sadıqov
“Qəbələ”
Gələnlər: Sənan Qurbanov (baş məşqçi), Rauf Əliyev (“Kukesi”, Albaniya), Araz Abdullayev (“Anortosis”, Kipr: icarədən qayıdıb), Bəhlul Mustafazadə ("Sumqayıt": icarədən qayıdıb)
Gedənlər: Roman Qriqorçuk (baş məşqçi), Filip Ozobiç ("Qarabağ"), Ruslan Qurbanov ("Səbail"), Dion Malon, Vitali Vernidub
Müqavilə müddətini artıran: Dmitri Bezotosnı
“Neftçi”
Gələn: yoxdu
Gedənlər: Tərlan Əhmədov (baş məşqçi), İqnasio Errera
Müqavilə müddətini artıran: Ruslan Abışov
“Zirə”
Gələn: yoxdu
Gedənlər: Yani Urdinov ("Bohemians", Çexiya: icarə müddəti başa çatıb), Comal Evans Uilyams ("Murselaqos", Meksika: icarə müddəti başa çatıb), Elşən Abdullayev ("Qarabağ", icarə müddəti başa çatıb), Orxan Əliyev ("Səbail"), Yovan Krneta, Milan Duriç, Viktor İqbekoyi, Aleksandr Şemonayev
Müqavilə müddətini artıranlar: Ayxan Abbasov (baş məşqçi), Mirsahib Abbasov, Anar Nəzirov, Kamal Bayramov, Sadiq Quliyev, Vüqar Mustafayev
“Sumqayıt”
Gələn: yoxdu
Gedənlər: Samir Abasov (baş məşqçi), Bəhlul Mustafazadə ("Qəbələ": icarə müddəti başa çatıb), Fərhad Vəliyev (karyerasını bitirib), Azər Salahlı ("Keşlə"), Amil Yunanov, Tural Axundov, Rəşad Eyubov, Kamal Mirzəyev
Müqavilə müddətini artıranlar: Vurğun Hüseynov, Cavid Tağıyev, Bəxtiyar Həsənalızadə, Rail Məlikov
“Keşlə”
Gələn: Azər Salahlı ("Sumqayıt")
Gedən: yoxdu
Müqavilə müddətini artıran: Yuri Maksimov (baş məşqçi)
"Səbail"
Gələnlər: Aftandil Hacıyev (baş məşqçi), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov ("Kəpəz"), Orxan Əliyev ("Zirə"), Ruslan Qurbanov ("Qəbələ")
Gedənlər: Samir Əliyev (baş məşqçi), Yevgeni Koçuk (“Jilina”, Slovakiya: icarə müddəti başa çatıb), Faruk Miya (“Standard”, Belçika: icarə müddəti başa çatıb), Rahil Məmmədov ("Qarabağ"), Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Kərim Diniyev, Vüqar Nadirov, Ruslan Əmircanov
Müqavilə müddətini artıran: yoxdu
“Kəpəz”
Gələn: yoxdu
Gedənlər: Şəhriyar Rəhimov ("Səbail"), Dario Federiko, Sergey Litovçenko
Müqavilə müddətini artıran: yoxdu
“Sabah”
Gələn: yoxdu
Gedən: Arif Əsədov (baş məşqçi)
Müqavilə müddətini artıran: yoxdu
Qeyd: “Kəpəz” və “Sabah”ın aqibəti bəlli olmadığından, hələlik hər iki komandanı siyahıda saxlayırıq.
dle