FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
31-05-2018, 16:01

Roman Qriqorçuku əvəzləyən şəxs məlum oldu

Roman Qriqorçuku əvəzləyən şəxs məlum oldu

“Qəbələ” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. 

 

Ukraynalı Roman Qriqorçukun istefasından sonra boş qalan posta Sənan Qurbanov təyin edilib. 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Futbolçu kimi “Qarabağ” (1998-2000), “Dinamo” (2000-03), “Şəfa” (2003), “Saypa” İran (2004), “MKT-Araz” (2004-05), “Şahdağ” (2005-06), “Qəbələ” (2006-07), AZAL (2007), ABN (2007-08), MOİK (2008), “Muğan” (2009) klublarında çıxış etmiş hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.

 

Qurbanov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək “Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda “Qəbələ” 1 qələbə qazanıb, 2 heç-heçə edib.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR