İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan istefa verib. Bu barədə "Cadena Ser" Radiosu məlumat yayıb.
46 yaşlı mütəxəssis qərarını bu gün keçirəcəyi mətbuat konfransında rəsmən açıqlayacaq.
Jurnalistlər önünə klub prezidenti Florentino Peresin də çıxacağı gözlənilir.
Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 4 yanvar 2016-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub.
dle