FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
Xəbərlər>Gündəm
18-10-2022, 16:14

Azərbaycan müstəqilliyi xalqımızın ən dəyərli sərvətidir...

Azərbaycan müstəqilliyi xalqımızın ən dəyərli sərvətidir...

Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 31 - il ötür.

        Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 30 - avqust 1991- ci il tarixinə təsadüf edir. 

Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunub. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Həmin vaxtdan Azərbaycan növbəti dəfə müstəqilliyinə qovuşdu.

       Yeni mərhələdə ölkəmizin qarşısında tarixi vəzifələr dururdu. Təəssüf ki, o dövrdəki iqtidar zamanın tələblərinə cavab verə bilmirdi. Bu isə tez - tez hakimiyyət daxili çəkişmələrə və hakimiyyət dəyişikliyi ilə müşayiət olunurdu. Müharibə şəraətində olan Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozan “Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam erməni daşnakları tərəfindən 20% - torpaqlarımız işğal edilir, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirilir.

 AXC - Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə isə ölkədə xaos, anarxiya hökm sürür, ekstremist meyillər getdikcə güclənirdi. İdarəetmədəki kobud nöqsanlar və hərc-mərclik nəticəsində 1993 - cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükələrlə qarşılaşdı.

        Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Lakin xalqımızın xoşbəxtliyi, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi sınanmış liderinin olmasında idi. Bu ölüm - qalım savaşında o, artıq tək deyildi.

       Belə bir vaxtda ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi, ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı.

      Xalqın təkidli, tələbi və çağırışı ilə Müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi, hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyev,siyasi iradəsi və uzaqgörənliyi sayəsindəAzərbaycan Dövlətinin bu çətin vəziyyətdən qalib çıxması üçün əlverişli zamana ehtiyacı olduğunu görüb işğalçı Ermənistan Respublikası ilə uzun müddətli sülh sazişi imzalanmasına nail oldu.

Bu dövürdə Azərbaycanda qarışıqlıq salmağa meyilli V - ci kalon rəhbərlərini hakimiyyətdə ən yüksək vəzifələrə təin edərək onlara tam nəzarət etmək məqsədi ilə öz yanına çəkdi.

Heydər Əliyevin rəhbərliyi altında heç bir xaricdən verilən tapşırığı yerinə yetirəbilmədiklərini görən xəyanətkarlar, 1994 - 1995 - ci illərdə bir neçə dəfə dövlət çevrilişi etməkyə cəhd etdilər.  Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev xalqımızın dəstəyi və peşəkar rəhbərlik təcrübəsi ilə bu xainlərin əməllərinə görə dövlət qanunu qarşısında cavab vermələrini təmin edərək,  bu xainlərin  məhkəmə qarşısıda qanuna uyğun cəzalandırılmasına nail oldu. 

Sovet dövründən iflic olmuş idarə etmə sistemini və Azərbaycan Dövlət Orqanlarını sıfırdan yaradaraq, bütün sahələrin dinamik inkişafına nail oldu. Baki - Ceyhan neft kəmərinin çəkilməsinə nail olaraq, Azərbaycan intisadiyyatının dinamik inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Artıq Azərbaycan Respublikasına bir dövlət kimi, itirilmiş torpaqları geri qaytarması üçün səbir və zamana ehtiyacı var idi. Dövlətimizin inkişaf etməsi üçün doğru istiqamətdə addımlaması təmin edilmişdi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi.

      Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu.

      Azərbaycan xalqı 1991- ci il oktyabrın 18 - də əldə etdiyi dövlət müstəqilliyini məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Ulu öndərimizin uğurlu fəaliyyəti sayəsində ölkəmiz inkişaf yolunu tutdu. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycan 2001 - ci ildə « Avropa dövlətlərinin ailəsi » sayılan Avropa Şurasına qəbul edildi.

      Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994 - cü il sentyabrın 20 - də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995 - ci ilin noyabrın 12 - də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu.

        Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ - hüquqi bazanın formalaşdırılmasına başlandı.

        Bu il Azərbaycan müstəqilliyinin 29 - cu ilini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.

          Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün işqal altında olan torpaqlarımızın azad edilməsi ilə qane olmayan Ali Baş Komandanımız, açıq şəkildə Qarabağın Azərbaycanın bir parçası olması ilə yanaşı Göycə, Zəngəzur ərazilərinində qədim azərbaycan diyarı olan İravan əyalətinində Azərbaycan Respublikasının tarixi dədə - baba torpağı olduğunu bildirərək İrəvanında Azərbaycna aid olduğunu qeyd edir. Ümum milli liderimizin layiqli davamçısı və yadigarı olan Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan İlham Əliyev, Şah İsmayıl Xətaindən bu günə kimi Azərbaycana rəhbərilik edən şəxlərin içində, işğal altında olan torpaqlarımızı geri qaytarmağa nail olan yeganə liderdir. 

Azərbaycan Respublikasını parçalanma təhlükəsindən qurtarıb ölkənin dimamik inkişafına nail olan Heydər Əliyev kimi dünya səviyəli siyasi dahini, onun laiqli davamçısı kimi, torpalarımızı işğaldan azad edilməsinə nail olan lider kimi, adları əbədi olaraq xalqımızın qəlbləribdə və Azərbaycan Dövlət tarixində qızıl həriflərlə həkk olundu. 

Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən - günə artan dövlətinə çevrilib.        

Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

       İrəvanda, Qarabağda Azərbaycandır!

İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR