Baş prokuror Zakir Qaralov məsələni nəzarətə götürdü
Mingəçevir şəhərində yerləşən “Şəfa” özəl tibbi diaqnostik klinikasında ölüm faktı qeydə alınıb. Belə ki, klinikada müalicə alan, 1960-cı il təvəllüdlü Məcnun Məmmədov ölüb. Mərhumun qardaşı Əhməd Məmmədov Mingəçevir şəhər Prokurorluğuna şikayət edərək qardaşının “Şəfa“ klinikasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimlərinin səhlənkarlığı nəticəsində öldüyünü bildirib.
Artıq Ə.Məmmədovun müraciəti Mingəçevir şəhər prokurorluğunda araşdırılır.
Bu gün isə Baş Prokurorluğun mətbuat xidməti Baş prokuror Zakir Qaralovun araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi üçün diaqnostik klinikanın və Publik Hüquqi Şəxsin həkimləri tərəfindən Məcnun Məmmədova düzgün diaqnoz qoyulub-qoyulmaması, aparılmış müayinələrin, habelə xəstəyə tibbi yardımın qoyulmuş diaqnoza uyğun aparılıb-aparılmamasının yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə müəyyənləşdirilməsi məqsədi ilə Səhiyyə nazirinə müraciət olunduğu barədə məlumat yayıb.
dle