Fakt Xəbər qəzetinin Baş Redaktoru prokurorluğa çağrıldı.
Dünən 03 sentyabr 2018-ci il tarixində "Fakt Xəbər" qəzetinin baş redaktoru Bəxtiyar Məmmədov Bakı Şəhər Prokurorluğuna çağrılmışdır. Orada jurnalistə təzyiqlər göstərilmiş, siyasi motivli yazılarına son verməsi tələb olunmuş və hədələnmişdir. Bir neçə saat prokurorluqda saxlanılan Məmmədov xəbərdarlıq edilərək oradan buraxılmışdır. O, bildirmişdir ki, bununla fəaliyyətini dayandırmayacaq. Belə hallar onu hər zaman haqqı deməkdən çəkindirə bilməyəcəkdir.
dle