Rusiya hökumətinin Ukraynaya göndərmək istədiyi üçüncü ordu korpusunun bölmələri çətin ki, savaşda ciddi dönüş yarada bilsin.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW-nin informasiyasına əsasən, Rusiya 3-cü Ordu korpusunu ehtimal ki, Donetsk istiqamətində və cənub istiqamətində hücum əməliyyatlarını bərpa etmək üçün istifadə edəcək.
Bu səbəbdən bəzi batalyonlar qısaldılmış təlimlərdən sonra təcili surətdə cəbhə xəttinə köçürülür.
İnstitut rusların Marinka, Peskov və Avdeyevka ətrafında hərəkətinin dayandığını da xəbər edib.
Gələn məlumatlara görə, ordu korpusunun hissələri Xerson yaxınlığında da yerləşdirilə bilər.
Bununla belə, ISW analitiklərinin fikrincə, 3-cü Ordu Korpusunun bir çox bölmələrinin şəxsi heyəti yaxşı silahlanmalarına, “BMP-3” PDM-ləri, “T-80BVM”, “T-90M” tankları, Ak-12 avtomatları ilə təchiz olunmalarına rəğmən kifayət qədər hazırlıqlı və nizam-intizamlı deyil.
Analitiklər şəkillərə də baxaraq ordu korpusunun könüllülərinin “fiziki cəhətdən zəif və yaşlı göründüklərini” bildirirlər.
dle