FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
17-06-2019, 21:31

Qolan yüksəkliyində məntəqəyə Trump-ın adı verildi

Qolan yüksəkliyində məntəqəyə Trump-ın adı verildi

İsrail mübahisəli Qolan yüksəkliyində bir məntəqəyə ABŞ Prezidenti Donald Trump-ın adını verib. Bununla da Trump-ın bu regionu İsrail ərazisi kimi tanımasına görə təşəkkür etmiş olub.

İsrailin Baş naziri Benjamin Netanyahu iyunun 16-da hökumətin iclasında 10 nəfərin yaşadığı Bruçim məntəqəsində hökumətin iclasını keçirib.

Netanyahu “Ramat Trump”, yəni “Trump Yüksəkliyi” yazılmış lövhəni açıb. O, Trump-ı İsrailin “böyük dostu” adlandırıb.

Trump bu mərasimdən fotoları Twitter sosial şəbəkəsində yerləşdirib, “İsrail Dövlətinə bu böyük şərəfə” görə təşəkkür edib.

İsrail 1967-ci il müharibəsi zamanı Suriya ərazisi olan Qolan Yüksəkliyini ələ keçirib, 1981-ci ildə ilhaq edib, ancaq beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR